Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İKT Xocalı faciəsinə dinc əhalinin kütləvi qətliamı və “insanlığa qarşı cinayət” kimi qiymət verib
02.02.10 03:40

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən VI konfransında 51 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Qətnamədə bildirilir: “İslam Konfansı Təşkilatı Parlament İttifaqı İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı Xocalı şəhərində törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyir. Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırır”. “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib. İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib ki, qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir. Qeyd edək ki, İKT Parlament İttifaqı ümumilikdə öz sıralarında 51 ölkəni birləşdirir. İKT-də qəbul edilən sənədlər rəsmi şəkildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına da göndəriləcək. Uqandada keçirilən konfransda iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər. Qətnamənin qəbul olunmasında İKT ölkələri parlamentlərinin 10-a yaxın sədri, birinci vitse-spikerlər və təqribən 100 deputat, mötəbər qurumların nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-703.html