Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK nəticələri yaxın günlərdə elan edəcək
03.09.12 19:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirib. Qəbul imtahanı Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində də keçirilib. Bu barədə məlumatı ”KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7022.html