Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-nun bir qrup alimi Finlandiyada keçirilən beynəlxalq seminarda iştirak edir
03.09.12 19:49

Bu günlərdə Finlandiyanın Oulu şəhərində Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”) iştirakçılarının növbəti seminarına başlanılıb. Seminarda Bakı Dövlət Universitetinin əməkdaşları-layihə rəhbəri Mustafa Muradov, prof. İradə Əliyeva, prof. Sofya Fiqarova, prof. Rəna Qasımova, dos.Hüseyn Məmmədov və aparıcı elmi işçi Qönçə Eyvazova iştirak edirlər. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Finlandiyanın Oulu, Macarıstanın Szeged və ABŞ-ın Rice Universitetinin professor-müəllim heyəti və doktorantlarının iştirakı ilə keçirilən seminarda metal nanohissəciklərin, karbon nano-boruların elektrik xassələrinə, nanomaterialların dizayn və istifadəsinə və digər aktual problemlərə həsr olunan mühazirələr dinləniləcək. Seminar bu gün başa çatır.
URL / WWW
http://kelam.az/article/a-7021.html