Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının iclası keçirilib
01.02.10 21:40

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmin istiqamətləri üzrə Problem Şuraların sədrləri ilə iclas keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İclasda AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov “Abşeron yarımadasında müasir geodinamik şərait” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə o, Abşeron yarımadasında seysmoloji vəziyyətin öyrənilməsi və mümkün zəlzələnin proqnozlaşdırılması ilə bağlı aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib. Akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Pərviz Məmmədov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu sahədə aparılan tədqiqatların vacibliyini qeyd edərək tədqiqatların məqsədyönlü və kompleks şəkildə həyata keçirilməsi üçün müvafiq Dövlət Proqramlarının hazırlanmasını zəruri hesab ediblər. AMEA prezidenti, akademik Mahmud Kərimov bildirib ki, Əlaqələndirmə Şurası öz vəzifələrini Problem Şuraları vasitəsilə həyata keçirəcək. Onun sözlərinə görə, Problem Şurasının qarşısında olduqca böyük və məsuliyyətli vəzifələr dayanır və bu şuraların normal fəaliyyət göstərməsi üçün müəyyən tədbirlər görülməlidir.
URL / WWW
http://kelam.az/article/a-702.html