Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib
03.09.12 19:49

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ dərsləri” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, kitabın təqdimatında “İnam” Plüralizm Mərkəzinin həmsədri İlahə Rafaelqızı bildirib ki, təmsil olunduğu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihə həyata keçirib. Onun sözlərinə görə, layihənin ilk mərhələsində Ağdam və Xocavənd məktəbliləri arasında “Qarabağ mənim xəyallarımda” adı müsabiqə elan edilib. Müsabiqədə beş məktəbdən 104 şagirdin iştirak etdiyini diqqətə çatdıran qeyd edən İ.Rafaelqızı bildirib ki, jurnalistlərdən ibarət münsiflər heyəti şagirdlər arasından 12 nəfərin yazısını seçib. Layihənin ikinci mərhələsində isə Qarabağ mövzusundan yazan jurnalistlərə yazı sifariş verilib. İ.Rafaelqızı deyib ki, bütün yazılar sonda “Qarabağ dərsləri” adlı kitabda toplanıb. Onun sözlərinə görə, layihənin keçirilməsində məqsəd şagirdlərin Qarabağla bağlı təsəvvürlərini bilmək olub: “Bu layihədə iştirak edən uşaqlar Qarabağı görməyiblər. Bizim üçün maraqlıydı ki, onlar Qarabağı necə təsəvvür edirlər. Şagirdlərin yazısında çox maraqlı məqamlar var. Elə yazılar olub ki, mən onu oxuyanda çox kövrəldim”. O, uşaqlar arasında Qarabağlı bağlı iki təsəvvürün olduğunu söyləyib: “Bəziləri Qarabağı dağıdılmış, viran olmuş, xaraba və tənha bir yer kimi təsvir edib. Ancaq elə uşaqlar olub ki, Qarabağla bağlı nikbin fikirlər yazıblar”. İ.Rafaelqızı seçilən şagirdlərə diplom veriləcəyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-7019.html