Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı Ali Neft Məktəbi loqotipinin hazırlanması üzrə müsabiqə elan edir
03.09.12 19:49

Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi (BANM) öz loqotipinin hazırlanması üzrə müsabiqə elan edir. ARDNŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, hazırlanacaq loqotipdə BANM-in Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır. Loqotiplə bərabər, həm ali məktəbin internet saytının, digər tanıtım materiallarının, həm də rəsmi sənədlərinin dizaynında istifadə ediləcək və yuxarıda qeyd edilən şərtlərə əsaslanan rəsmi rənglərin də versiyaları təqdim edilməlidir. Müsabiqədə reklam agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Müsabiqənin qalibinə 1000 (bir min) manat məbləğində mükafat və xüsusi diplom təqdim ediləcək. Təklif olunacaq eskiz və layihələr oktyabr ayının 1-dək higher.oil.school@socar.az email ünvanına göndərilməlidir. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir. Maraqlananlar higher.oil.school@socar.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
URL / WWW
http://kelam.az/article/a-7018.html