Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu il ali təhsili bitirən vətəndaşlar da dövlət qulluğuna qəbulda iştirak edəcək
04.09.12 02:49

Dövlət qulluğuna qəbula dair 2012-ci il 7, 14, 17 avqust tarixlərdə elan edilən müsabiqələrlə bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müsabiqədə iştirakının təmin edilməsi barədə qərar qəbul edilib. “KƏLAMİNFO” DQMK-yə istinadən xəbər verir ki, bununla bağlı olaraq Komissiyanın internet saytının “onlayn müraciət forması” bölməsindən istifadə edilərək elektron müraciət forması doldurularkən “ali təhsil” bölməsinin “2012-ci ilin məzunuyam” hissəsi aktiv edilməli və "Yadda saxla" düyməsi tıklanmalıdır ("Göndər" düyməsini tıklamaq lazım deyil!). Kağız daşıyıcılar vasitəsilə müraciət edən vətəndaşlar isə müraciət formasının ali təhsil ilə bağlı diplom məlumatlarına aid olan bölməsini boş saxlamalıdırlar. 2012-ci ildə ali təhsil müəssisələrini bitirib hazırda diplom əldə etməyən vətəndaşların müraciətləri Komissiyanın sorğusu əsasında Azərbaycanın Təhsil Nazirliyi tərəfindən yoxlanılacaq. Yoxlama nəticəsində 2012-ci ildə ali təhsil müəssisələrini bitirdikləri təsdiq olunan vətəndaşların namizədlikləri qeydə alınacaq və bu barədə həmin şəxslərin qeydə alınmış elektron poçt ünvanlarına bildirişlər göndəriləcək.
URL / WWW
http://kelam.az/article/a-7017.html