Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqbal Ağazadə: “Bizim xüsusi təkliflərimiz olacaq”
03.09.12 19:49

“Əgər iqtidarla müxalifətin dialoqu baş tutarsa, bizim partiyanın xüsusi təklifləri olacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib. O qeyd edib ki, bu dialoq vacibdir və Azərbaycan cəmiyyətinin həll edə bilmədiyi bütün məsələlər bu dialoqda müzakirəyə çıxarılmalıdır. Onun sözlərinə görə iqtidar-müxalifət dialoqunda müzakirəyə çıxarılacaq məsələləri kateqoriyalara bölmək düzgün deyil: “Burada müzakirə ediləcək məsələlərə qeyri-ümummilli və ya ümummilli məsələ kimi yanaşmaq dialoq təklifinin reallaşmasına müsbət təsir göstərməyə bilər”. O bildirib ki, Azərbaycanda ümummilli məsələ tək Qarabağ problemi deyil.
URL / WWW
http://kelam.az/article/a-7015.html