Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın eksperti Koreyada məruzə ilə çıxış edəcək
04.09.12 03:49

SAM-ın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun prezidenti Vuk Çaenin dəvətilə sentyabr ayının 6-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində səfərdə olacaq. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, V.Qasımlı Seulda "Koreya və Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi və iqtisadi əməkdaşlığın gələcək perspektivləri" mövzusunda məruzə ilə çıxış edəcək. SAM ekspertinin məruzəsi Azərbaycan-Koreya iqtisadi əməkdaşlığına həsr olunacaq. Qeyd edək ki, Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun təşəbbüsü ilə sözügedən konfrans hər il keçirilir. Konfransda Orta Asiya və Koreyanın əsas beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Bu ildən Azərbaycan ilk dəfə olaraq konfransda təmsil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-7014.html