Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı jurnalistlər Suriya hakimiyyətinə müraciət etdi
03.09.12 19:49

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi Suriyada həbs edilən Türkiyədən olan fotomüxbir (TRT) Cüneyt Ünalın dərhal azad buraxılması çağırışı ilə bağlı bəyanat verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya təşkilatdan veriblər. Bəyanatda bildirilir ki, təxminən on gün müddətində Cüneyt Ünaldan heç bir xəbər olmayıb, bunun ardından isə jurnalist telekanallara çıxarılaraq danışdırılıb. Bu zaman onun təzyiq altında olduğu, ciddi işgəncələrə məruz qaldığı açıq hiss edilib: “Suriyada jurnalistlərə qarşı bu şəkildə davranış davam edir. Halbuki jurnalistlər Suriyaya Bəşər Əsədlə müharibəyə getmirlər, onlar öz peşə borclarını yerinə yetirirlər”. Bəyan edilir ki, Cüneyt Ünala törədilən işgəncəyə dünyada heç bir jurnalist biganə qalmamalıdır: “Türkiyədən aldığımız məlumata görə, Suriyanın Hələb şəhərində atışma zamanı yaponiyalı jurnalist Mika Yamamoto həyatının itirib, Cüneyt Ünal isə orada əsir götürülüb”. Təşkilat Suriyada jurnalistlərə qarşı baş verən olaylardan üzüntü keçirdiyini və beynəlxalq jurnalist təşkilatlarını, dünyanın nüfuzlu təşkilatlarını bu məsələyə son qoyulması üçün fəal olmağa çağırıb: “Dünyada jurnalistlər bir-birlərinə sahib çıxmalıdırlar”.
URL / WWW
http://kelam.az/article/a-7012.html