Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Əhmədov: “Ramil Səfərovun azadlığa çıxması qətiyyətin, cəsarətin və ədalətin təntənəsidir”
01.09.12 15:58

«Prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını mən qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırmaq istəyirəm. Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib. YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq. “Çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var: həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də inanıram elə bu cür aradan qaldırılacaq. Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır. Dünya tarixində Azərbaycanın kimə, hansı bir dövlətə qarşı təcavüzü, haqsızlığı, başqalarının torpaqlarına göz dikməsi faktı qeydə alınmayıb. Azərbaycanın haqqı var ki, digərlərindən də eyni münasibəti gözləsin və sevindirici haldır ki, Macarıstan tərəfi bütün bunları qiymətləndirə bildi» - deyə Əli Əhmədov bildirib.
URL / WWW
http://kelam.az/article/a-7009.html