Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Müxalifət vahid namizəd tapsa belə, qələbə şansları yenə azdır”
31.08.12 18:18

“Azərbaycanda indi özünü müxalifət adlandıran qüvvələr elə bir durumdadır ki, onlar ya vahid namizəd halında, ya da ayrı-ayrı namizəd halında heç vaxt seçkilərdə qələbə qazana bilməyəcəklər. Çünki onların buna yetəcək nüfuzları yoxdur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

O qeyd edib ki, bu gün müxalifətin prezident seçkiləri qabağı vahid namizəd axtarışı yersiz cəhddir və bu cəhdləri baş tutarsa belə, heç nə dəyişməyəcək: “Buna görə də hesab edirəm ki, nəinki ayrı-ayrı namizədlər üzərində, hətta indiki çoxqütblü müxalifət seçkilərdə vahid namizədlə iştirak edəcəyi halda belə, prezident İlham Əliyevin qələbəsinə şübhə yoxdur. Müxalifət vahid namizəd tapsa belə, qələbə şansları yenə azdır. Çünki İlham Əliyevin şansı çox böyükdür, xalq onu dəstəkləyir”. F.Ağamalı deyir ki, Azərbaycanda istənilən seçkilər sərbəst və şəffaf keçirilir: “Bu, dünyanın da təsdiq etdiyi reallıqdır və bu azad seçkidə qələbə qazanmaq üçün yalnız xalqın dəstəyini qazanmaq lazımdır”.
URL / WWW
http://kelam.az/article/a-7005.html