Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA doktoranturaya qəbulun detallarını açıqlayıb
31.08.12 15:41

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2012-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd qəbulunun detallarını açıqlayıb. AMEA-dan “KƏLAMİNFO” verilən məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.Doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış AR vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti kimi sənədlər təqdim etməlidirlər. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Doktoranturaya sənədlər sentyabr ayının 01-dən 30-dək qəbul edilir. Qəbul imtahanları oktyabr ayında keçiriləcək. Doktoranturaya qəbul imtahanlarına buraxılan şəxslərə AR Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar. AMEA-nın elmi müəssisələrinə qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.
URL / WWW
http://kelam.az/article/a-7000.html