Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunub
01.02.10 21:40

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkədə təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987-2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i infeksion narkotik istifadəsi nəticəsində baş verib. Ötən il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-si ölkə vətəndaşı, 18 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-i kişi, 75-i qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub. Ümumilikdə ölkədə ilk dəfə HİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunub 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri Azərbaycan vətəndaşı, 90 nəfəri isə əcnəbidir, HİV-ə yoluxmuş ölkə vətəndaşlarından 1819-u kişi, 355-i qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olub. Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i Bakı şəhəri və Abşeron rayonunda, 1497-i respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin yaşayış yeri naməlumdur. 2174 nəfər Azərbaycan vətəndaşından 1395-də HİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 509-da heteroseksual, 16-da isə homoseksual kontakt nəticəsində, 21-də anadan uşağa keçməklə, 232 nəfərdə yoluxma yolu naməlumdur. 1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 330 nəfər cəlb olunub. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılıb.
URL / WWW
http://kelam.az/article/a-700.html