Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Mirəziz seyidzadə - 60
19.10.09 14:58

İNSAN çox mürəkkəb varlıqdır. Heç bir dahi insan təbiətini, onun daxili aləmini kəşf edərkən uğurlu nəticələrə imza atmayıb. Əksəriyyət bu məsələ ilə bağlı yalnız subyektiv fikirlər söyləməklə kifayətlənib.
Məşhur alman filosofu Artur Şopenhauer “Xoşbəxtlik fəlsəfəsi” əsərində yazır: “İnsan, onun fərdiliyi ona mümkün olan xoşbəxtliyin ölçüsünü əvvəlcədən müəyyənləşdirir. Abırlı, sakit, təmkinli insanlar çətin şəraitlərdə belə, özlərini qənaətbəxş sayar, ancaq bunu nə qədər varlı olsalar da, tamahkar, paxıl, kinli adamlar əldə edə bilməzlər…”  Adətən vəzifədən-vəzifəyə ucalan bəzi insanlar özlərini cəmiyyətdən, xüsusən də dost-tanışdan uzaq salır. Təəssüf ki, bu kimi xüsusiyyət daha çox biz azərbaycanlılara məxsusdur. Başımız ucalanda ayağlarımızın altına baxmağı belə unuduruq. Onda qala dost-tanışa diqqət edək. Sadəcə vəzifə, mənsəb sahibi kimi yalnız və yalnız öz taylarımızla oturub-durar, işdən-gücdən ayrılanda isə bir-birmizin yadına belə düşmərik.
Onun tanıyanlar çox gözəl bilir ki, Hacı Mirəziz insanlardan, xüsusən də yaxın-uzaq dost-tanışdan heç vaxt uzaq düşməyib. Əksinə, onların sıralarını müsbət əməlləri, xoş rəftarı ilə genişləndirib. Azərbaycanın müxtəlif rayon və kəndlərindən olan çoxlu gözəl insanlarla, qohumlarla yaxından tanış və möhkəm dost olub.
Bəli, indi M.Seyidzadə ömrünün 60-cı qışını yaşayır. Bu illərdə onun fəaliyyətinin ictimaiyyət, xüsusən də elm xadimləri, ziyalılar tərəfindən necə qiymətləndirildiyini öyrənmək üçün bir neçə nəfərlə əlaqə saxladıq.
URL / WWW
http://kelam.az/article/a-7.html