Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “Azərikimya”da təcrübə keçirlər
31.08.12 15:41

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Moskva Dövlət Universitetinin Bakı filialının Sumqayıtın kimya müəssisələrində növbəti istehsalat təcrübəsi keçən tələbələri ilə görüş olub. Şirkətdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə “Azərikimya” müəssisələrinin istehsalat fəaliyyəti, son iki ildə aparılan yeniləşmə və modernləşdirmə tədbirləri, müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi və neft-kimya sənayesinin perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu, bütünlüklə yerli xammal əsasında fəaliyyət göstərəcək Polipropilen zavodu haqqında məlumat verilib. Görüş zamanı yeni istehsalat sahələrini bacarıqla idarə edə biləcək kadrların hazırlanması ilə bağlı Birliyin kadr siyasəti barədə də söhbət aparılıb. Birliyin rəhbərliyi kimya istehsalatı, ekologiyanın qorunması və perspektiv planlarla bağlı tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.
URL / WWW
http://kelam.az/article/a-6998.html