Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib
01.09.12 01:38

Prezident İlham Əliyev bu gün “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberqi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik şəkildə inkişaf etdiyini yüksək qiymətləndirib. O, “Azərcell” şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü deyib. Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən “Transavrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə “TeliaSonera” şirkətinin verdiyi dəstəyin önəmi qeyd olunub, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-6992.html