Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkə əhalisinin 31%-ni gənclər təşkil edir
01.02.10 21:40

Cari ilin əvvəlinə ölkə əhalisinin 2,8 mln. nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Onların 49% kişilər, 51% isə qadınlardır. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təqribən 9% artıb və bütövlükdə doğulan körpələrin 82,3% gənc ailələrdə dünyaya göz açıb. Ötən ildə ölkədə nikaha daxil olanların 75,1%-ni gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12% artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. Bundan başqa ötən il erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9% çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6%-dir. Ölkənin elmi potensialında gənclərin sayında da artım müşahidə olunur. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18%-ni gənclər təşkil edir. Qeyd edək ki, 2 fevral Azərbaycanda gənclər günüdür.
URL / WWW
http://kelam.az/article/a-699.html