Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın telekommunikasiya operatorları beynəlxalq konfransa qatılacaqlar
29.08.12 22:18

Azərbaycanın telekommunikasiya operatorları sentyabrın 18-19-da İstanbulda keçiriləcək “Capacity Eurasia 2012” beynəlxalq konfransı çərçivəsində telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcəklər. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan konfransda telekommunikasiya xidmətlərinin ilkin tədarükçüləri olan “Delta Telecom” və “Azertelecom” şirkətləri ilə təmsil olunacaq.
Konfrans çərçiivəsində toxunulacaq əsas məsələlərdən biri məlumatların işlənməsi mərkəzlərinin yaradılması və səmərəli istifadəsi, yeni xidmətlərin, veb-servislərin, əlavələrin, “bulud” servislərinin modellərinin və s. tətbiqinin stimullaşdırılması olacaq.
Həmçinin, genişzolaqlı xidmətlərin, “3G”, “WiMAX”, “4G/LTE”-nin işə salınmasında investisiya planlaşdırma məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
Konfrans Avrasiyada qabaqcıl beynəlxalq və regional operatorları, xidmət tədarükçülərini birləşdirir. Konfransın işində yeni biznes imkanları haqqında müşavirə və diskussiya keçirəcək 300 nümayəndə heyəti və telekommunikasiya operatorlarının iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-6987.html