Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Musa Qasımlı: “Bəzi ixtisaslar üzrə təhsil haqları həqiqətən çox yüksəkdir”
30.08.12 02:18

Azərbaycanda ali məktəblərin elə ixtisasları var ki, təhsil haqları həqiqətən də xeyli yüksəkdir. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib. Onun sözlərinə görə, elə bu səbəbdən də bəzi gənclərimiz fərdi qaydada təhsil almaq üçün xarici ölkələrə üz tuturlar: “Bu ölkələr arasında Türkiyə, Şimali Kipr üstünlük təşkil edir. Amma yaxşı olardı ki, Azərbaycanda təhsil haqları azaldılardı, tədrisin keyfiyyəti artırılardı, universitetlər yataqxana şəbəkələrini qurardılar. Xaricə gedən gənclərimiz də o ölkələrdə təhsilə xərclədikləri pulu özümüzə xərcləyərdilər”.

Qeyd edək ki, Türkiyə baş nazirinin müavini Bülənd Arınç ölkədə təhsil haqqının ləğv edildiyini bildirib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən B.Arınç deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın  qəbul edəcək qərarı ilə universitet tələbələrinin təhsil haqqından azad olunması rəsmiləşəcək. 2011-2012-ci tədris ilindən etibarən 1 milyon 524 min 380 tələbənin təhsil haqqından azad olunmasını nəzərdə tutan qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilir. M.Qasımlı hesab edir ki, bu məsələdə Türkiyə ilə Azərbaycanı müqayisə etmək doğru olmaz: “Türkiyə böyük ölkədir. 1,5 milyon tələbənin təhsil haqqından azad edilməsi ciddi bir addım və yenilikdir. Bildiyiniz kimi, Azərbaycanda heç də bütün ali məktəblərdə yalnız ödənişli təhsil verilmir. Ödənişsiz təhsil də var və dövlət ehtiyacları üçün olan ixtisaslarda da ödənişlər dövlət büdcəsi hesabına aparılır. Ona görə də bu məsələdə ümumiləşdirmələr aparmağı mən doğru hesab etmirəm. Mənim fikrimcə də bəzi ali məktəblərdə təhsil haqları yüksəkdir. Təhsil haqqını ödəyən uşaq buna adekvat olaraq da keyfiyyətli təhsil almalıdır”.
Millət vəkili azərbaycanlı gənclərin xarici ölkələrdə almasının əleyhinə olmadığını deyib: “Gənclərimizin təhsil almaq üçün xaricə göndərilməsi, bunun dövlət tərəfindən stimullaşdırılması təqdirəlayiqdir. Bu, dövlətin gənclərin təhsilinə olan qayğısının təzahürüdür. Ancaq hesab edirəm ki, bizim özümüzdə ali məktəblər gücləndirilməlidir, tədrisin keyfiyyəti artırılmalıdır. Bu baxımdan təhsilimizə rəqabət gəlməlidir. Vicdanlı rəqabətin gəlməsi təhsilimizə yeni keyfiyyət halı verə bilər”.
URL / WWW
http://kelam.az/article/a-6986.html