Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarovun İrana səfəri başlayır
30.08.12 02:17

Sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O qeyd edib ki, E.Məmmədyarovun səfərinin məqsədi “Qoşulmama hərəkatı”na üzv ölkələrinin xarici işlər nazirlərinin zirvə toplantısında iştirak etməkdir: “Biz “Qoşulmama hərəkatı”na artıq 1 ildir ki, üzvük və bu, Azərbaycan üçün vacib təşkilatdır. Bu hərəkat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı təcavüzkar dövlət kimi tanıyır”.
E.Abdullayev deyib ki, nazirin Tehrana səfəri zamanı ikitərəfli görüşlər nəzərdə tutulub və hazırda bu görüşlərə hazırlıq gedir: “Görüşlərin mahiyyəti barədə yaxın günlərdə açıqlama veriləcək”.
O qeyd edib ki, səfər avqustun 31-i başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6980.html