Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Miqrasiya orqanlarında çalışmaq istəyən namizədlərin imtahanının vaxtı açıqlanıb
29.08.12 16:52

Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar 2 iyul 2012-ci il tarixdən 3 avqust 2012-ci il tarixədək elan olunan sənəd qəbulu başa çatıb. Dövlət Miqrasiya Xidmətindən “Azadinform”a verilən məlumata görə, müsabiqənin test mərhələsi bu il sentyabrın 2-i Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcək. Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust 2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanından - Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-6979.html