Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qarabağ Muzeyi yaradılacaqmı?
25.08.12 04:07

“İşğal altında olan muzeylərin əksəriyyəti ikinci həyatlarını yaşayırlar, çətinliklə də olsa fəaliyyətlərini davam etdirirlər. Ərazilər qaytarılandan sonra yenə əvvəlki kimi işləyəcəklər”. Bunu “KƏLAMİNFO” açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov bildirib. O, nazirliyikdə işğal altında olan muzeylərin gələcək taleyinə nikbin yanaşıldığını əlavə edib:

“Bakı və Sumqayıt şəhərlərində pərakəndə fəaliyyət göstərən muzeylərin birləşdirilməsini məqsədəuyğun saymırıq. Onların şərait məsələsinə gəlincə, hazırkı vəziyyəti yaxşılaşdırmaq imkanımız yoxdur. Ona görə də onları bir yerə yığaraq Qarabağ Muzeyi yaratmağa tələsmirik. Qarabağ Muzeyi yalnız Qarabağda yaradılmalıdır”. Onun sözlərinə görə, bu təşəbbüs yeni deyil, hələ 1990-cı illərdə irəli sürülüb, lakin ideya gerçəkləşdirilməyib.  “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İB-nin sədri Bayram Səfərli harada yaradılmasından asılı olmayaraq bu prosesin tezliklə həyata keçiriləcəyinə inanır: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə rəhbərliyinin köməyi ilə bunu edəcəyik. İstərdik ki, həmin muzey harada yaranır yaransın, amma yaransın”.
Xalq artisti, professor Fərhad Bədəlbəyli bu muzeyin məhz Qarabağda yaradılmasını istəyir: “Hökumətin nəsə etməsini gözləmək lazım deyil, bu istiqamətdə mütləq Qarabağ icması nəsə etməlidir. Əslində, mən özümü də tənqid edirəm, ictimaiyyət bu işdə passivdir. Qarabağ Muzeyi Qarabağda olmalıdır. Qarabağın işğal olunmayan ərazilərində”.
URL / WWW
http://kelam.az/article/a-6976.html