Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Belarusda aparıcı müxalif siyasətçini seçkiyə buraxmayıblar
25.08.12 04:07

Belarus Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkisində iştirak etmək üçün 362 namizədin qeydə alındığını bildirib. 110 deputatın seçiləcəyi parlament seçkisi bu il sentyabrın 23-də baş tutacaq. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, seçki komissiyası bəyan edib ki, 124 müraciət ərizəsi rədd edilib, 7 namizəd isə seçkidən uzaqlaşdırılıb. Qeydiyyata alınmayanlar arasında aparıcı müxalif siyasətçi Aleksandr Milinkeviç də var. Seçki rəsmilərinin dediyinə görə, Milinkeviçin öz tərəfdarlarından topladığı imzaların əksəriyyəti saxtadır və namizəd öz gəlirləri və əmlakı barədə düzgün informasiya verməyib. Milinkeviç bu addımı siyasi adlandırır və bununla bağlı məhkəməyə müraciət edəcəyini deyir.
URL / WWW
http://kelam.az/article/a-6974.html