Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cənubi Koreya universitetlərində 76 azərbaycanlı təhsil alır
25.08.12 04:07

Bu gün təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. 

Görüşdə təhsil naziri M.Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib.
Hər iki ölkənin yaxın tərəfdaş və dost olduğunu bildirən M.Mərdanov qeyd edib ki, hazırda 76 azərbaycanlı gənc Cənubi Koreya universitetlərində təhsil alır.
Səfir Li Ci Ha M.Mərdanova minnətdarlığını bildirib. Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Səfir Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib.
URL / WWW
http://kelam.az/article/a-6972.html