Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Daily Times” qəzetində “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib
25.08.12 05:01

Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda böyük oxucu kütləsinə malik olan nüfuzlu ingilis dilli “Daily Times” qəzetində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər.

Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi qeyd olunub. Azərbaycanı tolerantlıq nümunəsi adlandıran məqalə müəllifi, Heydər Əliyev Fondu tərəfindən dinlər arasında dialoq yaradılması istiqamətində atılmış addımlardan söz açıb. Heydər Əliyev Fondunun Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların, məscidlərin, kilsələrin bərpası və inşasının təşəbbüskarı və icraçısı olduğu bildirilib. Dünya irsinin qorunub saxlanması yolunda Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilib, Strasburq kafedral kilsəsi, Luvr muzeyinin, Versal sarayının təmirinin bu sahədə edilmiş işlərdən biri olduğu vurğulanıb.
Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012” hazırlıq işlərinə rəhbərlik etdiyi və Azərbaycan paytaxtında qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik möhtəşəm “Kristal Zal” konsert arenasının inşa edildiyi bildirilib.
Məqalədə daha sonra Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda görülmüş işlər haqqında ətraflı məlumat verilib. 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbi tikilib və orada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvəndləşdirmə edildiyi, Laki Marvat şəhərində yerləşən serebral iflic institutunda pulsuz müalicə kurslarının təşkil olunduğu vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-6969.html