Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Partiya sədri: “Onlar tərəfindən seçilən taktika düzgün deyil...”
17.08.12 03:51

“Son illər keçirdiyi bayağı aksiyalar Azərbaycanın radikal müxalifətinin ictimaiyyət arasındakı nüfuzunu prezident seçkiləri qabağı xeyli zəiflədib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, aksiyalar, çağırışlar, hətta iqtidar əleyhinə çağırışlar müxalifətin hüququdur, lakin onlar tərəfindən seçilən taktika düzgün deyil, yanlışdır. F.Mustafa deyib ki, Azərbaycan gənc dövlətdir və demokratiya yolu ilə gedir: “Azərbaycan Avropa məkanında yerləşir, Avropa Şurasının üzvüyük, müəyyən öhdəliklər var, Avropa İttifaqı ilə yaxşı əlaqələr var. Bizim müharibə aparan ölkə olduğumuz da unudulmamalıdır. Bütün bu şərtləri nəzərə almaq vacib idi və mübarizə taktikası yerli şərtlərə uyğun olmalı idi”. Partiya sədri hesab edir ki, müxalifətin yanlış taktika seçməsi nəticəsində aparıcı müxalifət qüvvələrinin çoxu sıradan çıxıb: “Ona görə də seçki qabağı hələ də bir qərara gələ bilmirlər, fikrimcə bu gedişlə nə Müsavat, nə da AXCP heç bir nəticəyə gəlməyəcəklər”.
URL / WWW
http://kelam.az/article/a-6964.html