Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbul olanların ixtisas seçimi üçün ayrılmış vaxt başa çatır
16.08.12 19:51

Bu günün sonunda cari tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. O qeyd edib ki, həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. İndiyə kimi təxminən 10 faizdən artığı hələ ixtisas seçimini aparmayıb. İxtisas seçimi etmək hüququ qazanan 40 min abituriyentin indiyədək 35 576-ı abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Onların 30 950-i Azərbaycan, 4626-ı rus bölməsi üzrədir. İxtisas seçimi ərizələrini təsdiqlədən abituriyentlərin 10 787-i I, 11 445-i II, 9629-u III, 3715-I IV ixtisas qrupuna sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-6963.html