Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ictimai maarifləndirmə aksiyasına başlayır
16.08.12 19:51

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) regionlarda təhsildən yayınma hallarının, sui-qəsdlərin azaldılması məqsədi ilə ictimai maarifləndirmə aksiyası keçirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Komitədən veriblər. Aksiya çərçivəsində Komitə tərəfindən həyata keçirilən fəaliyyətlərdən biri də məişət zorakılığının qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib və həmin qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə ölkənin şəhər və rayonlarında “Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri“ adlı tədbirin keçirilməsinə start verilib. Aksiya Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının hüquq-mühafizə orqanları, bələdiyyələr, icra və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Lerik rayonundakı Mədəniyyət Evində keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6962.html