Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Yaxın 40 ildə Rusiya əhalisinin 50%-ni müsəlmanlar təşkil edəcək
02.02.10 02:40

Qonşu Rusiyanı ciddi kollaps gözləyir. Ölkədə müsəlmanları sayı yerli əhalini üstələyir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə The Washington Times qəzetinin bugünkü sayında bildirilib. Vaşinqtondakı American Foreign Policy Council Araşdırmalar Mərkəzinin vitse-prezidenti Aylan Barmenə görə, qüdrətli SSRİ-nin varisi olan Rusiya ölümcül demoqrafik və sosial-iqtisadi girdaba batıb. XXI əsrin ortalarına qədər Rusiyanın əhalsi 100 milyona qədər azalacaq. 2080-ci ildə isə ruslar cəmi 50 milyon olacaq. Ölkədə əhali artımı üçün doğuş səviyyəsi 2,1% olmalıdır, 2006-cı ildə isə bu rəqəm 1,4% təşkil edib. Demoqrafik vəziyyət iki güclü faktora görə daha da dərinləşir - rusiyalı müsəlmanlar arasında doğuş səviyyəsi artır və Çinlə strateji disbalans güclənir. 2020-ci ildə müsəlmanlar Rusiya əhalisinin 5/1-ni təşkil edəcək. Əsrin ortalarında isə müsəlmanlar Rusiya əhalisinin 50 faizini təşkil edəcək. 2004-cü ildə Beslan hadisələrindən sonra Moskva müsəlman əhalisinə qarşı çox ağır daxili siyasət yeridir. Bu isə “Əl-Qaida” kimi təşkilatları qıcıqlandırır, ölkənin müsəlman əhalisi özünü zəiflədilmiş hiss edir, müsəlmanları Rusiya dövləti ilə onun indiki formatında zəif bağlayır və onların bu ölkəyə simpatiyaları yoxdur. Ölməkdə olan Rusiyaya nəzarət etmək getdikcə çətinləşəcək. Təbii resursların daha çox yerləşdiyi Uzaq Şərqdə məskunlaşdırmağa kimsə yoxdur. Çinin Rusiya ilə həmsərhədd rayonlarında yaşayan əhalinin sayı Rusiyanın Çinlə qonşu olan sərhədyanı ərazilərində yaşayan əhalidən qat-qat çoxdur. Çin artıq öz gözünü Rusiyanın bu rayondakı zəngin resuslarına dikib və çinliləri bu ərazilərə həvəsləndirir. Rusiya gələcəkdə öz gücünə görə yox, zəifliyinə görə təhlükəli olacaq.
URL / WWW
http://kelam.az/article/a-696.html