Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsin”
17.08.12 02:37

“Bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya modelində işğal olunmuş ərazilərin müstəqil olması və ya Ermənistana birləşməsi mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, əks halda bu, Rusiyanın Cənubi Qafqazda mina hazırlayıb və bu minanı Şimali Qafqaza ötürməsi demək olardı: “Rusiya anlamında erməniləri qane edə biləcək yeganə variant Dnestryanı münaqişəni tənzimləmək üçün Rusiyanın təqdim etdiyi “xüsusi status modeli” ola bilər. Lakin çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsin. Rusiyanın ortalığa qoyduğu variant Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daha çox nəzərə alınması istiqamətində olacaq”. M.Əhmədoğlu deyib ki, Abxaziya və Cənubi Osetiyanın Dağlıq Qarabağdakı “prezident seçkiləri”nin nəticələrinə görə “qalib” elan edilən Bako Saakayanı təbrik etməmələri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin ermənilərin ziyanına dəyişdiyinin göstəricisidir: “Erməni ekspertlərin və ermənipərəst Rusiya siyasətçilərinin bu məsələyə münasibət bildirməmələri də vəziyyəti qətiyyən dəyişmir. Onlar susmaqla Rusiyanın Dağlıq Qarabağ məsələsində dəyişilmiş mövqeyini neytrallaşdıra bilməyəcəklər”. Onun sözlərinə görə, münaqişənin tənzimlənməsi prosesində aktivlik Ermənistanın maraqlarına cavab vermir.
URL / WWW
http://kelam.az/article/a-6955.html