Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda bu gündən etibarən rezidenturaya ərizə qəbulu başlayır
15.08.12 20:29

Bu gündən etibarən Azərbaycanda rezidenturaya ərizə qəbulu başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ərizə qəbulu avqustun 24-dək davam edəcək və internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən və “TQDK-nın virtual ödəmə kartın”dan istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı “Namizədin elektron ərizəsi” formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirilməlidir. Azərbaycanda baza ali tibb təhsili olan şəxslər rezidenturaya qəbul olunmaq hüququna malikdirlər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edib götürülməlidir.
URL / WWW
http://kelam.az/article/a-6951.html