Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin yaz sessiyası öz işinə başladı
02.02.10 03:37

Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, iclas başlamazdan əvvəl parlamentdə Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açaraq parlamentin ötən payız sessiyası ərzində irəli sürülən təşəbbüsləri dəstəkləyərək hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdi. Spiker ötən sessiyada parlamentin müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul etdiyini də vurğuladı. O, bildirdi ki, payız sessiyası dövründə, ümumilikdə, Milli Məclisin 13 iclası keçirilib 80-ə yaxın qanun və qərar qəbul olunub. “Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır”,-deyə O.Əsədov bildirdi. MM sədri ötən sessiya ərzində parlamentin deputatlarının 21 ölkədə səfərdə olduqlarını və 15-ə yaxın ölkənin deputatlarının isə Azərbaycana səfər etdiklərini söylədi. “Yaz sessiyası dövründə dövlət büdcəsinə nəzarət edən parlament həm də hökumətin, Ombudsmanın, Bələdiyyələrlə İş Mərkəzinin, İnsan alverinə qarşı mübarizə üzrə Milli Əlaqələndiricinin hesabatlarını dinləyəcək, 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı məsələyə baxacaq”,-deyə O.Əsədov əlavə etdi. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunaraq qəbul edildi. İclasda həmçinin Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil olunması məsələsinə baxıldı.
URL / WWW
http://kelam.az/article/a-695.html