Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Ukrayna rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilər”
16.08.12 02:29

“Ukraynanın Ermənistana silah satması xəbəri ermənilərin və ermənipərəst qüvvələrin növbəti araqarışdırma üsulu idi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatı”nda politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, burada məqsəd tərəfdaş ölkə olan Azərbaycanla Ukraynanın münasibətlərinə zərər gətirməkdir: “Bu, həqiqətə uyğun deyil. Əvvəla, Ermənistanda Rusiya hərbi bazası var və ermənilərin başqa yerdən silah almağa ehtiyacı yoxdur. İkincisi də necə olur ki, mütəmadi olaraq Ermənistanın Azərbaycanla tərəfdaş olan ölkələrdən - Moldovadan, Rumıniyadan, Litvadan, indi də Ukraynadan silah alması xəbəri dövriyyəyə buraxılır?! Çünki Azərbaycanın tərəfdaş olduğu, silah aldığı bu ölkələrlə güclü münasibəti Ermənistana sərf eləmir”. M.Əhmədoğlu deyir ki, bu xəbər Ukrayna-Azərbaycan münasibətlərinə bir zərbə idi və təəssüflər olsun ki, Kiyev rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilər.
URL / WWW
http://kelam.az/article/a-6948.html