Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanovla görüşüb
14.08.12 20:29

Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanov ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib. Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat verib. Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik edib. Nazirlər görüşdə həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
URL / WWW
http://kelam.az/article/a-6946.html