Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisini qəbul edib
14.08.12 03:37

Ombudsman Elmira Süleymanova Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə diplomatik missiyasını başa vuran Bakı təmsilçisi Zeki Qazioğlunu onun xahişi ilə qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Ombudsman Azərbaycanın dünya dövlətləri, o cümlədən türk dünyasının bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq və tərəfdaşlıq əlaqələri qurduğunu söyləyib. Müvəkkil insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, görülən işlər barədə ətraflı məlumat verib. E.Süleymanova Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdunda qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlının hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu vurğulayıb. Qeyd olunub ki, xalqların, bütün tərəqqipərvər bəşəriyyətin, sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırkı dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. Ombudsman insan hüquqları sahəsində, digər prioritet məsələlər əsasında, şəbəkə şəklində əməkdaşlığa üstünlük verdiyini söyləyib, tərəfdaşlığın daha da artırılmasını vacib sayıb. Z.Qazioğlu Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini, onun səmimi münasibətini yüksək qiymətləndirib, faydalı fikir və məlumat mübadiləsi üçün təşəkkürlərini bildirib, Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
URL / WWW
http://kelam.az/article/a-6943.html