Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Koreya səfirini qəbul edib
14.08.12 03:36

Prezident İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahəni əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib. Koreyaya son səfərini xatırlayan prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu deyib və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlət başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğuladı və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Han Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrə görə dövlət başçısını təbrik edib. Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan ilə Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-6942.html