Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda iki günlük matəm elan olunub
13.08.12 20:03

İranda avqustun 13-ü və 14-ü iki günlük matəm elan olunub. Şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 227 adam həlak olub, 1380 adam yaralanıb. Bu haqda İran Daxili İşlər Nazirliyindən məlumat verilib. Artıq əməliyyat axtarış tədbirləri başa çatdırılıb. 600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub. “KƏLAMİNFO” “Franc-Press”ə istinadən xəbər verir ki, Tehran başqa ölkələrin yardımından imtina edib. Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 bal, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu. İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb. İran zəlzələ bölgəsi olduğundan burda tez-tez dağıntılar olur. 2003-cü ildə Bam şəhərində baş verən zəlzələ nəticəsində 25 mindən çox adam ölmüşdü.
URL / WWW
http://kelam.az/article/a-6940.html