Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbələ Peşə Tədrisi Mərkəzində 136 məzuna diplom verilib
10.08.12 19:27

Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib. “KƏLAMİNFO” Mədəniyyət və Turizm Nazirliyinin elektron xəbər xidmətinə istinadən bildirir ki, tədbirdə Peşə Tədrisi Mərkəzinin üçillik fəaliyyətindən, ötən müddətdə əldə etdiyi nailiyyətlərdən, məzunların iş yerlərində qazandığı uğurlardan danışılıb. Bildirilib ki, müəssisənin əsas məqsədi turizm sektoru üçün peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədə nail olmaq üçün təhsil ocağı turizm obyektləri ilə sistemli şəkildə iş aparır, xarici dövlətlərin təcrübələri ilə yaxından maraqlanır. Çıxış edənlər Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin ölkəmizdə turizm sektorunun inkişafına layiqli töhfə verdiyini və təhsil ocağını bitirən məzunların turizm rayonlarındakı hotellərdə və istirahət mərkəzlərində işlə təmin olunduqlarını bildiriblər. Təhsil mərkəzinin barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, mehmanxana inzibatçısı, mühasib, fərdi kompyuter operatoru ixtisaslarına yiyələnən 136 məzununa diplomlar təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-6935.html