Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: İxtisas seçiminin nəticələri avqustun 17-18-də açıqlanacaq
10.08.12 19:27

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 20-də başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ixtisas seçiminin nəticələri avqustun 17-18-də açıqlanacaq. TQDK sədri bildirib ki, bu il qəbul imtahanlarında 200 bal toplayan abituriyentlərin sayı keçən il 220 bal toplayanların sayına uyğun olub: “Bu, müsbət yox, mənfi fərqdir”. Qeyd edək ki, qəbul imtahanlarının nəticələrinə əsasən, artıq 14162 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib, onlardan 12313-ü Azərbaycan, 1849-u rus bölməsi üzrədir. Ərizəsini təsdiq etdirənlərdən 4968-i I, 3150-si II, 4646-sı III, 1398-i IV qrup üzrədir. Abituriyentlərin ixtisas seçimi avqustun 7-də başlayıb, ayın 16-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6933.html