Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
11.08.12 02:24

Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər. Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir. Avqustun 13-14-də İqtisadiyyat Nazirlərinin 2-ci görüşünə hazırlıq məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının 2-ci iclası keçiriləcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-6930.html