Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu: Bəşər Əsəd terror təşkilatına silah dəstəyi verir
09.08.12 20:51

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədin terror təşkilatına silah dəstəyi verdiyini deyib və bu təhdidə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin açıqlamalarının qəbuledilməz olduğunu deyən nazir Salehinin “daxili siyasi səbəblərlə söylənən sözlərə əhəmiyyət verməyin" dediyini bildirib. Davudoğlu ən çox narahat olduğu məsələnin isə Suriyadakı hadisələrin məsuliyyətini Türkiyənin üzərinə yükləmə səyləri olduğunu söyləyib: "Bunu qəbul etməyimiz mümkün deyil. Fikir ayrılıqları başa düşülə bilər. Amma Suriyada on minlərlə insanların ölümündə günahlandırılan bir iqtidarla əlaqələri davam etdirəcəksiniz, ona dəstək verəcəksiniz, sonra da dönüb Türkiyəni təhdid edəcəksiniz. Bunun səmimiyyətlə, dürüstlüklə əlaqəsi yoxdur".
URL / WWW
http://kelam.az/article/a-6929.html