Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan filmlərini qarşıda beynəlxalq festivallar gözləyir
09.08.12 20:51

Azərbaycan filmləri Beynəlxalq festivallara dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” kino şirkətinin birgə istehsalı olan “Buta" bədii filmi bu ilin sentyabr ayında Almaniyada keçiriləcək uşaq filmləri festivalında ölkəmizi təmsil edəcək. Qeyd edək ki, ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf olan ekran əsəri 2011-ci ildən indiyədək bir çox nüfuzlu festivalların mükafatına layiq görülüb. Film ötən il Asiya-Sakit Okean Kino Akademiyasının “Asia Pasific Screen Awards” mükafatını (“Ən yaxşı uşaq filmi” nominasiyası) qazanıb. Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında quruluş verdiyi “Çölçü” filmi isə MDB ölkələri, Latviya, Litva və Estoniyanın XXI “Kinoşok” açıq festivalının müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 15-dən 23-dək Rusiyanın Anapa şəhərində gerçəkləşəcək. Rejissor bildirib ki, festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçiriləcək və müsabiqədən kənar filmlər də təqdim ediləcək. “Birlik” kinostudiyası yaradıcı qrupunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi və gənc ssenarist və rejissor Cavid Əhədov tərəfindən lentə alınan “Mərhəmətin dadı” animasiya filmi isə Beynəlxalq xristian filmləri kinofestivalının və “Magificat” proqramının təşkilat komitəsi tərəfindən sentyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək kinofestivalda iştirak etmək üçün seçilib. Qeyd edək ki, ekran əsəri həmçinin Belarusun Mogilyev şəhərində keçiriləcək “Animayovka” kinofestivalında da ölkəmizi təmsil edəcək.
URL / WWW
http://kelam.az/article/a-6928.html