Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan Gənclər Fondu Dağıstanda keçirilən görüşdə təmsil olunub
09.08.12 20:51

Azərbaycan və Dağıstan Respublikalarının qeyri-hökümət təşkilatları, gənclər parlamentləri, gənclər təşkilatları və digər strukturları arasında əməkdaşlığın və partnyor əlaqələrin yaradılması məqsədilə 6-7 avqust 2012-ci il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Azərbaycandan olan aktiv gənclər təşkilatlarının təşəbbüsü ilə görüş baş tutub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Gənclər Fondundan veriblər. Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsinin sədri Zaur Kaxrimanov, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Təsərrüfatı İnstitutunun rektoru Yəhya Buçayev, Dağıstanın Sahibkarlığın İnkişafı Mərkəzinin direktoru Vahab Vahabov, Mahaçqala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Parlamentinin sədri və deputatları və gənclər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə KİV nümayəndələri də iştirak ediblər. Həmçinin hər iki ölkəni təmsil edən gənclər təşkilatları nümayəndələri diskussiyalarda iştirak edib, gələcəkdə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət haqqında müzakirələr aparıblar. Azərbaycan nümayəndə heyətində Azərbaycan Gənclər Fondunu təmsil edən Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Fondun əsas istiqamətləri, vəzifələri haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası xalqları arasında tarixən formalaşmış mehriban qonşuluq və dostluq münasibətlərinin önəmindən danışan sektor müdiri, bu münasibətlərin gənclər və gənclər təşkilatları səviyyəsində də davam etdirilməsinin zəruriliyi haqqında fikrini görüş iştirakçıları ilə bölüşüb. Gənclər Fonduna müxtəlif ölkələrdən müraciət mexanizmləri haqqında geniş məlumat verən sektor müdiri, Dağıstandan olan gənclər təşkilatlarının Azərbaycan gənclər təşkilatları ilə birgə əməkdaşlıq formatında layihə təklifi ilə Fonda müraciət edə bilmələrinin mümkünlüyünü də görüş iştirakçılarının diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-6927.html