Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
09.08.12 20:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatları, atmosfer havası, yerin təki, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilib.
URL / WWW
http://kelam.az/article/a-6924.html