Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Beynəlxalq Yerli Əhali Günüdür
09.08.12 20:51

Bu gün - 9 Avqust Beynəlxalq Yerli Əhali Günüdür. “KƏLAMİNFO” mövzusu "Yerli Mətbuat Yerli Xalqların səsini gücləndirir" şüarı olan Beynəlxalq Yerli Əhali Günü münasibətilə BMT-nin baş katibinin müraciəti olub. Müraciətdə qeyd olunub ki, yerli əhalinin hüquqları haqqında BMT Bəyannaməsinin qəbul olunmasından bəri beş il ərzində icmalar və fərdlər öz həyat hekayələrini bölüşmək və səslərini hər tərəfə yaymaq üçün ənənəvi və yeni mətbuatdan istifadə etmək imkanından faydalanıblar.Yerli əhali ümumi trendlərdə dəyişikliklər etmək, beynəlxalq diqqəti insan hüquqlarının pozulması məsələlərinin üzərinə çəkmək və qlobal həmrəylik yaratmaq üçün icma radio və televiziyasından kino və sənədli filmlərin nümayişinə kimi, video sənəti və qəzetlərdən internet və sosial mətbuata kimi müxtəlif güclü vasitələrdən istifadə edirlər. Onlar, həmçinin yerli dəyərləri əks etdirmək və miflər və anlaşılmazlıqlara qarşı mübarizə aparmaq məqsədi ilə öz mətbuatlarını inkişaf etdirirlər: “Mən, bu Beynəlxalq Gündə, yerli əhali ilə əməkdaşlıq etmək, onların kütləvi informasiya vasitələri də daxil olmaqla, Bəyannamənin tam həyata keçirilməsini təmin etmək işində BMT sisteminin tam dəstəyini vəd edirəm. Mən, həmçinin yerli əhalinin perspektivləri, prioritetləri və arzularını ifadə etmək məqsədi ilə onlar üçün imkanlar yaratmaq və bu imkanları qorumaqları üçün üzv dövlətlərə və ümumi mətbuata səslənirəm. Gəlin, körpü qurmaq və müxtəlifliyin qeyd edildiyi həqiqi mədəniyyətlərarası dünyanın - müxtəlif mədəniyyətlərin yalnız yanaşı olduqları yox, həm də öz əlavələri və potensialına görə bir birini dəyərləndirdiyi bir dünyanın yaradılması üçün yerli və xarici, xüsusilə də yeni vasitələrdən ibarət mətbuatdan istifadə edək”.
URL / WWW
http://kelam.az/article/a-6922.html