Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xaricdə təhsil alan neçə məzun hansı dövlət orqanında işlə təmin edilib?
09.08.12 20:49

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan məzunların dövlət qulluğunda işlə təmini birbaşa həyata keçirilir. Xaricdə təhsil alan məzunlar Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı təşkil etdiyi müsabiqəyə qatılmırlar. Belə ki, Dövlət Proqramı çərçivəsində təhsil alan məzunlar DQMK-yə müraciət edir və onlar Komissiyanın ehtiyat kadr siyahısına daxil olur, sonra isə işlə təmin edilirlər. Bəs bu vaxta qədər neçə məzun Komissiyanın xətti ilə dövlət qulluğunda işlə təmin olunub? Ümumiyyətlə neçə məzun dövlət qurumlarında çalışmaq istəyi ilə Komissiyaya müraciət edib? “KƏLAMİNFO”nun DQMK-nin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın nəticələri üzrə” bölməsinə istinadən araşdırmasından məlum olub ki, bu vaxta qədər Komissiyaya 33 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzun müraciət edib. Onlardan 7-si müxtəlif dövlət qurumlarında işlə təmin edilib. Məzunların 1-i Mərkəzi Bank, 1 nəfər Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 1-i Diasporla İş üzrə Dövlət Komitəsi, 1-i Vergilər Nazirliyi, 1-i Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi¸ 1-i isə İqtisadi İnkişaf Nazirliyində işlə təmin edilib.
URL / WWW
http://kelam.az/article/a-6921.html