Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gəmiçiliyə aid bəzi ixtisaslarda dəyişiklik edilib
08.08.12 21:30

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında”kı qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən “KƏLAMİNFO”a verilən məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin təklifi nəzərə alınaraq qəbul edilib. Qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində “Dəniz texnikası və texnologiyası mühəndisliyi” sözləri “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi sözləri ilə, “Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi” sözləri “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” sözləri ilə, “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” sözləri “Dəniz naviqasiyası mühəndisliyi” sözləri ilə əvəz edilib.
URL / WWW
http://kelam.az/article/a-6920.html