Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin proqnozların verilməsi üçün əsaslar var”
29.01.10 21:09

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırki vəziyyətə münasibət bildirərkən söyləyib. B.Muradova bildirib ki, hazırda danışıqlar prosesində özünü göstərən intensivlik nəticə verməlidir. Onun sözlərinə görə, nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. “Bu təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir. Onlar münaqişənin həllində müsbət nəticə əldə olunacağına çox böyük inam ifadə etməkdədirlər. Amma Ermənistanın hərəkətlərini, danışıqlar prosesində iştirakını və onun məzmununa uyğun gəlməyən fikirlərini nəzərdən keçirib bu nəticəyə gəlmək olur ki, ermənilər hər zaman olduğu kimi həm öhdəliklərinə, həm imzalarına, həm də beynəlxalq prinsiplərə sayğısızlıq göstərməkdə davam edirlər. Bu faktı Türkiyə ilə imzalanmış protokollarla əlaqədar götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistanın tutduğu mövqeyə də aid etmək olar”,-deyə B.Muradova vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın bu mövqeyini nəzərə aldıqda çox da irəli gedən nikbin proqnozlar vermək mümkün deyil. “Ancaq hər halda düşünürəm ki, prosesin özünün sürətlənməsi və daha çox dairələrin bu məsələnin həllinin vacib olduğunu dilə gətirməsi ümidləri artırmaqdadır. Bu baxımdan, Rusiyanın fəallığı da xüsusi qeyd olunmalıdır”,-eyə vitse-spiker əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-692.html