Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunan regional direktoru ilə görüşüb
08.08.12 21:29

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunan regional direktoru Henri Kerali ilə görüşüb. “Dövlətqaçqınkomdan” “KƏLAMİNFO”a verilən məlumata görə, Ə.Həsənov H.Keralini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb. Bildirilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilmiş və bu işlər davam etdirilməkdədir. Ə.Həsənov qeyd edib ki, dövlətin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir. H.Kerali Azərbaycan hökuməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dünya Bankının proqramlarının reallaşmasına göstərdiyi köməyi yüksək qiymətləndirib. Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib. H.Kerali Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, birgə layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6918.html